Əlaqə Arxiv
news Image
2017.08.16
16:16
| A A A
“Manchester City”nin futbolçusu 8 aydan sonra döndü

“Manchester City”nin futbolçusu İlkay Gündoğan uzun fasilədən sonra yaşıl meydanlara dönüb.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, uzun müddətdi zədədən əziyyət çəkən Almaniya millisinin oyunçusu komandasının yoxlama matçında forma geyinib. "Şəhərlilər”in İspaniya “Jirona”sını 1:0 hesabı ilə üstələdiyi görüşdə o, meydana çıxaraq 8 aylıq həsrətinə son qoyub. Gündoğan qarşılaşmanın 71-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm “Watford”la Premyer Liqa matçında sağ dizinin bağlarının zədələnməsindən sonra cərrahiyə əməliyyatına məruz qalmışdı.

Sizin Reklam Yeriniz