Əlaqə Arxiv
news Image
2017.08.21
15:12
| A A A
İniesta "Barcelona"dan ayrılmaq istədiyini açıqladı

İspaniya milli komandasının futbolçusu Andres İniesta mövsümün sonunda "Barcelona"dan ayrıla bilər. 

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "El Pais"ə açıqlamasında son zamanlar əvvəllər üzləşmədiyi hallarla qarşılaşmalı olduğunu bildirib: "Hələ də klubumla müqaviləmi uzatmamışam. Mənə tanış olmayan hissləri keçirirəm. Amma fikrimcə, bu, normaldır. İndiki ssenarini 3 il əvvəl təsəvvür belə edə bilməzdim. Artıq "Barca"dan getməyi planlaşdırıram. Amma əvvəllər bunu etməzdim".

Xatırladaq ki, İniestanın klubla müqaviləsi 2018-ci yayında başa çatacaq.

Neymarın 222 milyon avro qarşılığında PSG-yə keçidindən sonra "Manchester City" də Messi üçün 275 milyon təklif edib. Braziliyalı açıqlamasında klub rəhbərliyinin fəaliyyətini tənqid etmiş, getmək səbəbi olaraq da bunu vurğulamışdı. Kapitan İniestanın da klubdan ayrılmaq istəməsi klubdaxilindəki problemlərdən xəbər verir.

Sizin Reklam Yeriniz