Əlaqə Arxiv
news Image
2017.08.21
15:39
| A A A
Elxan Abdullayev: "Bu çətin vəziyyətdən çıxış yolunu getməkdə gördüm"

"Hər şeydən əvvəl "Neftçi” rəhbərliyinə mənə inandığı və şans verdiyi üçün minnətdarlığımı bildirirəm. Üçillik müqaviləmin qüvvədə olmasına rəğmən, komandanın ilk iki turda göstərdiyi nəticələrin məsuliyyətini üzərimə götürərək istefa verdim". 

Movqe.az-ın goal.az-a istinadən  məlumatına görə, bunu "Neftçi"nin baş məşqçi postundan istefa verən Elxan Abdullayev klubun rəsmi saytına açıqlamasında deyib. 47 yaşlı mütəxəssis bu qərarın heç də asan başa gəlmədiyini bildirib: "İstefam hər hansı kənar təzyiqlə bağlı deyil. Mübariz bir insan kimi indiyədək hansısa təzyiq və tənqidlərdən çəkinməmişəm. Sadəcə, son nəticələri "Neftçi”nin böyük tarixinə yaraşdırmadım. Hər şeydən maksimum əldə etməyə çalışan bir insanam və bu çətin vəziyyətdən çıxış yolunu getməkdə gördüm. Ümid edirəm ki, bu qərarım "Neftçi”yə yalnız xeyir verər. Klubda çalışdığım müddətdə mənə inanan və dəstək olan hər kəsə, hər bir azarkeşə təşəkkür borcluyam. Çox sağ olun!”

Qeyd edək ki, Elxan Abdullayev Azərbaycan Premyer Liqasının ilk 2 turunda "Qarabağ"a 1:3, Səbail"ə isə 0:1 hesablı məğlubiyyətlərdən sonra istefa verib.

Sizin Reklam Yeriniz