Əlaqə Arxiv
news Image
2017.08.24
10:24
| A A A
Leyla Əliyeva “Qarabağ”ı belə təbrik etdi

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Qarabağ” klubunu Çempionlar Liqasının qrup mərhələsinə adlaması münasibətilə təbrik edib. Movqe.az-ın məlumatına görə, Leyla Əliyeva ürək sözlərini sosial şəbəkədəki hesabında yazıb: “Təbriklər, "Qarabağ"! İrəli!"

Xatırladaq ki, Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Danimarkanın “Parken” stadionunda “Kopenhagen” komandası ilə görüşdə 1:2 hesabı ilə məğlub olsa da, Bakıdakı ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi üçün qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlib.

Sizin Reklam Yeriniz