Əlaqə Arxiv
news Image
2017.09.13
09:44
| A A A
Qurban Qurbanov: "Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm"

"Çempionlar Liqasının qalibi olmağa namizəd bir komanda ilə oynadıq. "Chelsea”nin gücü hər kəsə məlumdur. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim turnirdə ilk oyunumuzun olması ilə bağlıdır".

Movqe.az-ın goal.az-a istinadən məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda İngiltərədə "Chelsea"yə 0:6 hesabı ilə uduzduqları oyundan sonra deyib.

45 yaşlı mütəxəssis səhvlər üzərində işləyəcəklərini bildirib: "Çempionlar Liqası bizim üçün yenidir. "Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. "Chelsea” və Antonio Konteni də qələbə münasibəti ilə təbrik edirəm”.      

Sizin Reklam Yeriniz