Əlaqə Arxiv
news Image
2017.09.20
11:34
| A A A
Azarkeş azlığına görə cəzalandı

İspaniyanın "Celta" klubu La Liqadakı ilk 2 ev oyununda tamaşaçı sayının azlığı səbəbindən cərimələnib. 

Movqe.az-ın goal.az-a məlumatına görə, La Liqa rəhbərliyinin qəbul etdiyi yeni qaydalara əsasən, klublar oyunun yayımı zamanı əsas kamera ilə üzbəüz sektorun ən azı 70 faizini doldurmağa borcludurlar. "Celta" isə bu tələbi yerinə yetirə bilmədiyi üçün pul cəzasına məruz qalıb. 
 
Viqo şəhərindəki "Balaidos" stadionunda "Selta"nın ilk 2 ev oyununa orta hesabla 17 172 tamaşaçı gəlib. Arenanın tutumu isə 32 500 nəfərlikdir.  Klub "Getafe" ilə sentyabrın 21-də keçirəcəyi növbəti ev oyununda kamera ilə üzbəüz tribunaya biletlərin qiymətini 40 avroya endirib. 

Sizin Reklam Yeriniz