Əlaqə Arxiv
news Image
2017.09.20
16:12
| A A A
Qardaşıma barda ilk dəfə gördüyüm qızla evlənəcəyimi dedim, güldü...
Hər şey bir xorvatın bir bara girməsi ilə başladı...

Movqe.az goal.az-a istinadən bildirir ki, Hollivud filmləri kimi bir hekayəm var. Ancaq tamamilə gerçək.  Hər şey bir xorvatın bir bara girməsi ilə başladı.

 

21 yaşımdaydım. İspaniyaya çatanda axşam saat 10 olardı. 4 illik “Schalke” karyeramın ardından “Sevilla” ilə müqavilə imzalama q üçün gəlmişdim.

 

Qardaşım Dejan da mənimlə gəlmişdi. Oteldə klub nümayəndələri ilə yemək yedik. Nədənsə həmin gecə yuxum gəlmirdi. Qardaşıma “gəl, gedib bir şeylər içək” dedim.

 

Bu söz həyatımı dəyişdirdi.

 

Film burdan başlayır. Bara girən kimi bir qız gördüm. Necə gözəl olduğunu təsəvvür edə bilərsiniz...

 

Öz-özümə “hə, “Sevilla” sən çox gözəl şəhərsən” dedim...

 

İşin pis tərəfi, 6 dil bilməyimə rəğmən ispanca bilmirdim və qıza sadəcə “salam” deyə bildim.

 

Qardaşımla oturmuşduq, telefona zəng gəldi. Bir klub Sevilyaya təyyarə göndərib gecə yarısı məni almaq istədiyini dedi.

 

Qardaşım “nə edək?” soruşanda, “sözlərim attığım imzadan daha ağırdır, “Sevilla” prezidentinə söz verdim” dedim.

 

Sonra da qardaşıma “Bu ofisiant qızı görürsən? “Sevilla”da oynayacam və bu qadınla evlənəcəm” dedim.

 

Qardaşım “hə, sən deyəndir” deyib güldü...

 

“Sevilla” ilə müqavilə imzaladıqdan sonra 3 ay o oteldə qaldım. Çünki gözəl ev axtarırdım.  Bu müddətdə hər səhər o qızı görmək üçün otelin barında qəhvə içirdim.

 

Tək bildiyim adının Rakel olduğu və ingilis dilini bilməməsi idi. Hər görəndə içimdə bomba partlayırdı.

 

Əlaqə yaratmaq üçün sürətli əllərimdən istifadə etməyim və çətinlik çəkdiyimə görə, mənə “Mən Jeynəm, sən isə Tarzan” deyirdi.

 

3 ay boyunca, ən azı 30 dəfə gəzməyə çıxmağı təklif etdim, hər dəfəsində də bir bəhanə tapıb “yox” dedi. Nəhayət, özümə istədiyim kimi ev tapdım, ancaq xoşbəxt deyildim. Evimə yerləşsəm də, Rakeli görmək üçün hər səhər otelə qəhvə bəhanəsi ilə getməyə davam edirdim.

 

Bu müddətdə ispancanı öyrənməyə çalışırdım. Bir gün Rakel mənə niyə “yox” dediyinin səbəbini açıqladı: “Sən futbolçusan. Hər il başqa ölkəyə gedə bilərsən. Üzgünəm, amma yox”.

 

İspaniyaya 27 yanvarda gəlmişdim. Onunla ilk görüşüm isə 20 avqusta çəkmişdi. O gün, adını çəkmək istəmədiyim dostum “qız bu gün işləmir, bacısı ilə barda içir”mesajını göndərdi.

 

Rakelin yanına gedib “axır ki, sənin boş vaxtını tutdum, artıq mənimlə yemək yeyəcək vaxtın var” dedim. Qız şoka düşdü.

 

Bacısını da götürüb çıxdıq.

 

Bir gün sonra da yeməyə getdik. Və o gündən sonra, 6 ildir heç ayrılmadıq. Həyatımda etdiyim ən çətin iş bu idi. Çempionlar liqasını qazanmaqdan daha çətin idi, ancaq bacardım. İndi 2 gözəl qızımız var.

 

Ailəsi ilə ilk tanışlığım da gülməli alınmışdı. İspanca bildiyimi düşünürdüm. Ancaq o qədər sürətli və Sevilya ləhcəsində danışırdılar ki... Atası hərdən nəsə zarafat edib gülürdü. Mən də nə dediyini anlamırdım deyə, nə desə gülürdüm. Sonra bildi və “eybi yox, 1-2 aya öyrənəcəksən” dedi.

Anam bu söhbəti danışmağı çox xoşlayır. Məktəbə başladığım 3 ya da 4-cü gün evə gəlib ona “Ana mən daha məktəbə getmək istəmirəm. Oyun oynamaq istəyirəm. Bu daha neçə il davam edəcək?” dedim.

 

O da cavabında “9 il” dedi.

 

“ Yaxşı, 9 il gedəcəm, artıq 1 gün də olmaz” dedim.

 

Nə yaxşı ki, bu həyatı seçmişəm. İndi dünyanın ən yaxşı komandasında oynayıram. Ancaq, qızım başqa komandalar qol vuranda çox əsəbləşir. İstəyir ki, bütün qolları mən vurum. Bəlkə də, bu mövzu ilə bağlı Leo ilə danışmalıyam.

 

 

Sizin Reklam Yeriniz