Əlaqə Arxiv
news Image
2017.10.20
11:09
| A A A
Məşhur nəşr “Qarabağ”ı erməni klubu adlandırdı - FOTO

Movqe.az goal.az-a istinadən xəbər verir ki, İspaniyanın məşhur idman nəşri "Mundo Deportivo" "Atletico"nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu" kimi təqdim edib.
 
"Çolo"nun yetirmələri (Dieqo Simeonun ləqəbi) ötən gecə erməni "Qarabağ”ına qarşı oynadı. Rəqib kağız üzərində keçilən görünsə də, "Atletico" qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını məyus etdi".
 
Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçirilən "Qarabağ" - "Atletico” matçı qolsuz heç-heçə ilə nəticələnib.

Sizin Reklam Yeriniz