Əlaqə Arxiv
news Image
2017.10.20
18:30
| A A A
Ronaldodan "Real"a məsləhət

“Manchester United”in futbolçusu Markus Reşford “Real”ın maraq dairəsinə düşüb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, gənc hücumçunu klub rəhbərliyinə Kriştiano Ronaldo məsləhət görüb. 

O, “Real” rəsmiləri ilə söhbətində Reşfordun transferinin komandaya çox fayda verə biləcəyini deyib. 

Madridlilərin indiki məqamda əsas transfer hədəfi Harri Keyndir. “Tottenham”in üzvünün keçidi baş tutmasa, “Real” rəhbərliyi Reşfordla danışıqları gücləndirəcək.

Qeyd edək ki, “Manchester United”in yetirməsi olan Markus Reşford 2015-ci ildən əsas komandanın formasını geyinir. O, “mankunianlar”ın heyətində 84 oyunda 25 qola imza atıb.

Sizin Reklam Yeriniz