Əlaqə Arxiv
news Image
2017.11.06
14:10
| A A A
Braziliyalı futbolçu ürək tutmasından dünyasını dəyişib

"Sheriff" və "Stoke City"nin sabiq futbolçusu Dionatan Teyşeyra 25 yaşında dünyasını dəyişib. Movqe.az goal.az-a istinadla  xəbər verir ki, braziliyalı futbolçu ürək tutmasından vətənində vəfat edib. Teyşeyra "Sheriff"lə 2017-ci ilni fevralında müqavilə imzalamışdı. O, Tiraspol klubunun heyətində Moldova çempionu və kubokunun sahibi olub. Müdafiəçi yayda Braziliyaya getmiş və geri qayıtmamışdı.

İngiltərə Premyer Liqasında 2 oyuna çıxan futbolçu "Kosice", "Slovan", "Fleetwood Town" klublarının da şərəfini qoruyub. O, Braziliyanın U-19 komandasında 9, U-21-də isə 6 oyuna çıxıb. Bundan başqa Slovakiyanın U-21 yığmasında da 8 dəfə dəvət alıb.

Sizin Reklam Yeriniz