Əlaqə Arxiv
news Image
2017.11.16
15:30
| A A A
Dünya çempionatının bütün iştirakçıları müəyyənləşdi

Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatında iştirak etmək hüququ qazanan 32-ci ölkənin də adı məlum olub.  Mundiala vəsiqə qazanan sonuncu komanda evdə Yeni Zelandiyaya 2:0 hesabı ilə qalib gələn Peru millisi olub. 

Dünya birinciliyinin iştirakçılarının tərkibi aşağıdakı kimidir:

 

A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa.

 

B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay.

 

C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran.

 

D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.

 

Mundialın qrup mərhələsinin püşkatma mərasimi dekabrın 1-də keçiriləcək.

Sizin Reklam Yeriniz