Əlaqə Arxiv
news Image
2017.11.21
15:25
| A A A
Dünya çempionatnın püşkatmasında onlar iştirak edəcək

Dekabrın 1-də Moskvada 2018-ci il dünya çempionatının qrup mərhələsinin püşkü atılacaq. Movqe.az goal.az-a istinadən xəbər verir ki, bu mərasimdə iştirak edəcək qonaqların adları açıqlanıb. Püşkatmanın aparıcısına Qari Lineker kömək edəcək. Kreml Dövlət sarayının səhnəsinə yaxın və uzaq keçmişin futbol ulduzları Loran Blan, Qordon Benks, Fabio Kannavaro, Kafu, Diyeqo Maradona, Karles Puyol və Diyeqo Forlan çıxacaq. Dünya kubokunu almaniyalı Miroslav Kloze gətirəcək. Səhnədə yer alan 8 nəfərin hər biri dünya çempionudur. Rusiyanı bu mərasimdə Nikita Simonyan təmsil edəcək.

"Final mərhələsinin püşkatması bütün futbolsevərlər üçün həyəcanlı, möcuzəli andır. Həmin vaxtdan etibarən mundialın bizə gətirəcəyi hissləri dadmağa başlayırıq. Eyni zamanda bu turnirdə tarix yazanları xatırlayırıq. Şadam ki, assistentlər arasında dünya çempionu olmuş ölkələrin nümayəndələri daxil olub" - FİFA prezidenti Canni İnfantino deyib.

Sizin Reklam Yeriniz