Əlaqə Arxiv
news Image
2017.11.22
22:57
| A A A
"Chelsea" 10 nəfərlə qalan "Qarabağ"a şans vermədi

 

Çempionlar Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilir.  Turnirdəki təmsilçimiz “Qarabağ” cari mövsüm son ev oyununda“Chelsea”ni qəbul edib. Movqe.az goal.az-a istinadla xəbər verir ki, Ağdam klubu 4 cavabsız qolla uduzub. "Köhlən atlar" oyunun 70 dəqiqəsini 10 nəfərlə oynamaq məcburiyyətində qalıb. Komandanın kapitanı Rəşad Sadıqov qırmızı vərəqə ilə cəzalandırılıb. 

 

Çempionlar Liqası, V tur

22 noyabr

C qrupu

 

21: 00. “Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə) - 0:4

Qollar: Eden Hazard, 21 (p), Vilyan, 36, 85, Sesk Fabreqas, 73 (p)

Qırmızı vərəqə: Rəşad Sadıqov, 20 ("Qarabağ")

Baş hakim: Manuel De Souza

Baş hakimin köməkçiləri: Alvaro Meskuita, Rikardo Santos

Dördüncü hakim: Nuno Pereyra (hamısı Portuqaliya)

Bakı Olimpiya Stadionu

 

Sizin Reklam Yeriniz