Əlaqə Arxiv
news Image
2017.11.23
11:16
| A A A
Çempionlar liqasında 1/8-in 2 iştirakçısı da müəyyənləşdi

Çempionlar Liqasında V tura yekun vurulub. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, ikinci oyun günündə daha iki klub 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edib. Bunlardan biri "Qarabağ"ı Bakıda 4:0 hesabı ilə yenən İngiltərə təmsilçisi "Chelsea"dir. Hazırda bu komanda C qrupuna 10 xalla başçılıq edir.Digər komanda isə İtaliyada "Juventus"la görüşdə qolsuz heç-heçə edən İspaniya "Barcelona"sıdır. Bu nəticə Kataloniya klubunu vaxtından əvvəl 1/8 final mərhələsinə yüksəlib. "Juventus" isə şanslarını son tura saxlayıb.Beləliklə, Çempionlar Liqasında 1/8 finala yüksələn komandaların yarısı müəyyənləşib. "Chelsea" və "Barcelona"dan əlavə, Fransanın PSG, Almaniyanın "Bavariya", Türkiyənin "Beşiktaş", İspaniyanın "Real Madrid", İngiltərənin "Manchester City" və "Tottenham" klubları bu hüquqa yiyələnib.

Sizin Reklam Yeriniz