Əlaqə Arxiv
news Image
2018.01.04
21:00
| A A A
Cenk Tosun 27 milyon avroya “Everton”a keçib

Türkiyə millisinin və “Beşiktaş”ın futbolçusu Cenk Tosun karyerasını İngiltərədə davam etdirəcək. Movqe.az-ın məlumatına görə, İstanbul təmsilçisi “Everton”la 27 yaşlı hücumçunun keçidi ilə bağlı anlaşıb.

 
Tosunun transferi 27 milyon avroya rəsmiləşəcək.
 
Bununla da “ay-ulduzlular”ın futbolçusu ən bahalı türk oyunçu adına yiyələnəcək. O, 12 milyon avroya “Atletiko”ya keçən Arda Turanı arxada qoyacaq.
 
Yaxın saatlarda 3,5 illik müqavilə imzalayacaq futbolçu ildə 4 milyon avro qazanacaq.
 
Qeyd edək ki, “Everton”un baş məşqçisi Sem Ellerdaysın Tosuna “Liverpul”la keçiriləcək kubok oyununda debüt şansı verəcəyi gözlənilir.  

Sizin Reklam Yeriniz