Əlaqə Arxiv
news Image
2018.01.08
12:21
| A A A
"Beşiktaş" Cenk Tosuna əvəzləyici tapdı

Cenk Tosunu 27 milyon avroya "Everton"a satan "Beşiktaş" ona əvəzləyici tapıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, bir neçə futbolçu ilə maraqlanan İstanbul klubu kanadalı hücumçu Cyle Larin ilə anlaşıb.

MLS-də "Orlando Siti"də forma geyinən 22 yaşlı futbolçu ilə 3+1 illik müqavilə bağlanılacaq. Futbolçu Türkiyəyə gəlib müqavilə imzalayacaq və çərşənbə günü baş tutacaq məşqdə iştirak edəcək.

 

Xatırladaq ki, Yamayka əsilli futbolçu ötən mövsüm meydana çıxdığı 28 oyunda 12 qol, 3 asisstlə yadda qalıb. 

Sizin Reklam Yeriniz