Əlaqə Arxiv
news Image
2018.01.17
13:11
| A A A
Hansı liqalarda futbolçular daha çox maaş alır?

UEFA Avropa liqalarında çıxış edən futbolçulara ödənən məvaciblərin səviyyəsinə aid hesabatını açıqlayıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, siyahıda ilk pilləni İngiltərə Premyer Liqası tutub. "Dumanlı Albion"da bir klubun futbolçular üçün məvacib cədvəli orta hesabla 153.9 milyon avro təşkil edir. Premyer Liqa bu göstərici ilə ən yaxın izləyicisi Bundesliqadan (Almaniya) təxminən 2 dəfə (75.3 mln avro) üstündür. İspaniya Premyer Liqası 3-cü yerdə qərarlaşıb - 73.5 mln avro. Sonrakı yerləri İtaliya A Seriyası (68.2), Fransa Liqası (51) və Rusiya Premyer Liqası (31.3) tutur.

Rusiya çempionatında 2016-cı ildə klubların ödədiyi orta məvaciblərdə azalma baş verdiyi də aşkar olunub. Qazaxıstan, Gürcüstan, Makedoniya və Uelsdə də bu hal müşahidə olunub.

Sizin Reklam Yeriniz