Əlaqə Arxiv
news Image
2018.01.19
16:28
| A A A
Çezare Prandelli "Al Nasr"dan istefaya göndərildi

İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli yenə işsiz qalıb. Movqe.az-ın goal.az-a istinadən məlumatına görə 60 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərinin “Al-Nasr” komandasının sükanı arxasından istefaya göndərilib. Qərarın səbəbi açıqlanmır. Onun ötən ilin mayından rəhbərlik etdiyi kollektiv ölkə çempionatında 12 turdan sonra 17 xalla 4-cü pillədə qərarlaşıb və liderdən 11 xal geri qalır.

2010 – 2014-cü illərdə İtaliya millisinin baş məşqçisi olmuş Çezare Prandelli karyerası ərzində İtaliyanın “Roma”, “Fiorentina”, Türkiyənin “Galatasaray” və İspaniyanın “Valencia” kimi komandalarına rəhbərlik edib.

Sizin Reklam Yeriniz