Əlaqə Arxiv
news Image
2018.01.23
14:45
| A A A
Neymar parisli azarkeşlərdən inciyib

"Paris Saint Germain"in hücumçusu Neymar yanvarın 24-də "Guingamp"a qarşı Fransa kubokunda keçiriləcək oyunu buraxa bilər. Onun ombasındakı zədə ciddi xarakter daşımır.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, braziliyalı ulduz Çempionlar Liqası matçı ərəfəsində risk etmək istəməklə yanaşı, parisli azarkeşlərdən incik düşüb. "Dijon"la oyunda bəzi fanatlar onu fitə tutmuşdu. Buna səbəb "sambaçı"nın Edinson Kavaniyə penalti vurmaq şansı yaratmaması idi. Uruqvaylı forvard qol vurmaqla klubun tarixində ən sərrast oyunçu olacaqdı. Klub rəhbərliyini narahat edən məqam isə Neymarın "Real"a transferi ehtimalının gündəmdə olmasıdır. 

Sizin Reklam Yeriniz