news Image
2018.02.14
13:17
| A A A
Neymar 2019-cu ildə "Real" keçəcək?

Neymarın "Real"a transfer ehtimalı bir neçə aydır gündəmə gətirilir. Movqe.az goal.az-a istinadən xəbər verir ki, "Mundo Deportivo" nəşri braziliyalı futbolçunun 2019-cu ilin yayında Madrid klubuna keçəcəyini ehtima edib. Mənbənin yazdığına görə "sambaçı" İspaniya La Liqasını daha baxımlı hesab edir. Neymar Primerada oynamaqla "Qızıl top" şanslarının artacağını güman edir. "Real"ın prezidenti Florentino Perez ulduz futbolçunun "Barcelona"ya keçməzdən öncə (2013) transfer etməyə çalışmışdı. Həmin vaxt Dani Alveşin də təsiri ilə Neymar katalon klubunu seçmişdi.

2019-cu ildə "Real"ın əsas qol silahı Ronaldonun 35 yaşı olacaq. Beləliklə, onu daha gənc futbolçu ilə əvəzləmək asanlaşacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs