Əlaqə Arxiv
news Image
2018.02.14
16:15
| A A A
"İnter" İkardinin müqaviləsində buraxılış qiymətini çıxarmaq istəyir

"İnter" Mauro İkardinin yayda klubunu dəyişəcəyindən narahatdır. Argentinalı forvarda "Real Madrid" və "Manchester United" iddia edir. Movqe.az goal.az-a istinadən xəbər verir ki, bunu nəzərə alan "nerazzurri" onun müqaviləsində göstərilmiş buraxılış qiymətini çıxarmaq istəyir. İkardinin buraxılış qiyməti -  90 milyon avro 2018-ci ilin iyununda qüvvəyə minəcək. "İnter" futbolçunun illik məvacibini 4.7-dən 6.5 milyon avroya qaldırmağa hazırdır. İkardinin agenti Vanda Nara isə buraxılış qiymətinin 150-200 milyon, məvacibin isə 7 milyon avro olmasını tələb edir. Klub buraxılış qiymətini tamamən müqavilədən yığışdırmaq istəyirsə, məvacib tələbi 8 milyon avroya yüksələ bilər. 24 yaşlı hücumçu hazırda "İnter"in kapitanıdır. 

Sizin Reklam Yeriniz