Əlaqə Arxiv
news Image
2018.02.16
15:11
| A A A
Yunan klubunun sahibi futbolçularla şərt kəsdi

Avropa Liqasının 1/16 final mərhələsində Kiyev "Dinamo"sunu qəbul edən AEK evdə 1:1 hesablı bərabərliyə razılaşmalı olub. Yunan klubunun sahibi Dimitris Melissanidis oyundan öncə komandanın məşqinə gedərək maraqlı təklif irəli sürüb. Movqe.az goal.az-a istinadən xəbər verir ki, Melissanidis AEK-in mərhələni keçəcəyi halda futbolçulara 1 milyon avro mükafat ayıracağını bildirib. Bu baş verməsə, komanda üzvləri Avroliqada qrupdan çıxmağa görə verilən 300 min avronu geri qaytarmalıdır.

Melissanidis Yunanıstanın ən uğurlu iş adamlarından biridir. "Pələng" ləqəbi ilə tanınan biznesmen 2014 və 2015-ci ildə nəqliyyat sektorunun ən nüfuzlu 100 şəxsi arasında göstərilib. AEK 2013-cü ildə maliyyə problemlərinə görə aşağı dəstəyə yuvarlanandan sonra klubun səhmlərini alan funksioner "sarı qaralar"ın yüksəlişində əsas pay sahibidir.

Sizin Reklam Yeriniz