Əlaqə Arxiv
news Image
2018.02.19
10:57
| A A A
Videotəkrar sisteminin təhcizatçısı “Manchester United”dən üzr istədi

Futbolda videotəkrar sisteminin təhcizatçısı “Hawkeye” şirkəti İngiltərənin “Manchester United” klubundan üzr istəyib. 

Movqe.az-ın goal.az-a istinadən məlumatına görə, üzrxahlıq ölkə kubokunda “Huddersfield”lə 1/8 final oyunu zamanı baş vermiş insidentlə əlaqədar olub.  “Hawkeye” tərəfindən “BT Sport”a təqdim olunan görüntüdəki texniki səhv yanlış qrafikə səbəb olub. Buna görə üzr istəyirik” deyə VAR rəhbərliyinin bəyanatında bildirilir.

Qeyd edək ki, sözügdən oyunda “Manchester United”in futbolçusu Xuan Matanın qaydalar çərçivəsində vurduğu qol ləğv olunub. Baş hakim meydanın kənarındakı monitorda görüntüyə baxdıqdan sonra qolun oyundankənar vəziyyətdən vurulduğuna dair qərar qəbul edib. Rəqibini 2:0 hesabı ilə məğlub edən “qırmızı şeytanlar” 1/4 finala vəsiqə qazanıblar. 

Sizin Reklam Yeriniz