Əlaqə Arxiv
news Image
2018.02.20
16:38
| A A A
“Euro Fight” kikboksinq klubu kikboksinq üzrə XXIV Respublika çempionatında medal qazanan idmançılarla görüş keçirib

Bu gün “Euro Fight” kikboksinq klubunun prezidenti Aydın Əhmədov Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə "Narkomaniya və uşaq cinayətkarlığına qarşı" mübarizə adı altında keçirilən kikboksinq üzrə XXIV Respublika çempionatında medal qazanan idmançılarla görüşüb. 
Klubun baş məşqçisi, dəfələrlə Dünya və Avropa çempionu olmuş “Ağ Canavar” ləqəbli Eduard Məmmədov yarış haqqında məlumat verərək idmançıların gələcək planlarından bəhs edib. O qeyd edib ki, XXIV Respublika çempionatında doğma komandasının idmançıları 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Eduard Məmmədov AKF-nin prezidenti, millət vəkili Adil Əliyevə, vitse prezident Güloğlan Cabbarova, klubun prezidenti Aydın Əhmədova onlara göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirib və dünya standartlarına cavab verən avadanlıqlarla təmin olunmuş belə gözəl zalda görüşlərin, o cümlədən idmançıların fiziki hazırlıqlarının, məşqlərinin keçirilməsinə hər cür şərait yaradan Olimpiya Peşəkar Döyüş Klubunun rəhbərliyinə minnətdarlıq ifadə edib. 
“Euro Fight”-ın prezidenti Aydın Əhmədov Respublika çempionatında bir neçə ağır döyüş keçərək rəqibləri üzərində qalibiyyət qazanan kikboksçulara daha əzmlə çalışmağı, məşqlərdən yayınmamağı tövsüyə edərək gələcək yarışlarda uğurlar arzu edib. A.Əhmədov diqqətə çatdırıb ki, dünyada baş verən proseslər fonunda cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili-xarici siyasət nəticəsində ölkəmizdəki sabitlik, inkişaf uşaqların, gənclərin gələcəyə inamını artırır, onları daha böyük işlər görməyə ruhlandırır: “İnanıram ki, bu gün burada iştirak edən çempionlarımız dünyanın ən mötəbər arenalarında himnimizi səsləndirəcək, Azərbaycanımızın adını daha yüksəklərə qaldırmağa müvəffəq olacaqlar”. 
Klubun direktoru Ruslan Quliyev də çempionlardan daha böyük qələbələr gözlədiyini, onlara inandığını söyləyib.
Sonda idmançılarla xatirə şəkli çəkdirilib.

Sizin Reklam Yeriniz