Əlaqə Arxiv
news Image
2018.02.23
13:36
| A A A
"Manchester United"in futbolçusu seçim qarşısında

"Manchester United"in gənc futbolçusu Skot Maktominey seçim qarşısında qala bilər. Movqe.az goal.az-a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçini həm İngiltərə, həm də Şotlandiya Futbol Assosasiyası milli komandada görmək istəyir. Havbek İngiltərənin Lankaster bölgəsində anadan olsa da, əslən şotlanddır.

Şotlandiya millisinin yeni çalışdırıcısı Aleks Makliş onunla görüşüb qərarına təsir göstərmək niyyətindədir. Təcrübəli mütəxəsis Maktomineyi martda Kosta-Rika və Macarıstanla yoldaşlıq oyunlarında sınaqdan keçirməyi planlaşdırır.

İngiltərə Futbol Assosasiyası (FA) isə futbolçunu hələ "Manchester United"in akademiyasında olduğu vaxtlardan izləyir. Maktominey İngiltərə yığmasının aşağı yaş qruplarında forma geyinməsə də, əsas millinin baş məşqçisi Qaret Sautqeytin bəyəndiyi profildə - gənc və istedadlı futbolçudur.

Sizin Reklam Yeriniz