news Image
2013.03.29
18:45
| A A A
35 yaşlı çempion dünyasını dəyişdi
Meksikalı olimpiada çempionu Soraya Jimenez 35 yaşında vəfat etdi. Movqe.Az-ın məlumatına görə, Meksika Milli İdman Komitəsinin direktoru Nelson Varqas, gənc ağır atletika idmançısının infarkt səbəbiylə öldüyünü bildirib. Jimenez, 2000 Sidney Olimpiada oyunlarında qızıl medal qazanıb. Keçirdiyi bir sıra narahatlıq nəticəsində idmanı buraxan Jimenez, televiziyada idman müxbiri olaraq çalışırdı.