Əlaqə Arxiv
news Image
2018.03.07
16:44
| A A A
Draksler: "Real"ın üstünə getmək lazım idi"
PSG-nin yarımmüdafiəçisi Yulian Draksler komandasının "Real"la Çempionlar Liqasının 1/8 final mərhələsində keçirdiyi cavab oyunu barədə fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, alman yarımmüdafiəçi bunları deyib:

"Laqeydlik hiss olunurdu. Nə baş verdiyini bilmədim. Əsəbi və təccüblənmiş halda idi. Hesabı 1:1 etsək də, heç nə dəyişmədi. Pressinq edib hücumlara davam etmək lazım idi. Meydanda azlıqda qaldıq. Hətta hesabda tarazlığı bərpa edəndən sonra belə bütün stadionlar bilirdi ki, oyunun gedişatını dəyişdirə bilməyəcəyik. Komanda kəskin oynaya bilmirdi. "Real" layiqli qələbə qazandı. Onları həyəcanlandıra bilmədik. Topu ora-bura ötürməklə qol vurmaq olmur. 1:3 hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün "Real"ın üstünə getmək lazım idi. İrəli-geri ötürmələrlə qələbə göydən düşməz. Çempionlar Liqasında mübarizəni dayandırmağımız ədalətli oldu".

Sizin Reklam Yeriniz