Əlaqə Arxiv
news Image
2018.03.09
12:37
| A A A
FİFA Türkiyə klubunu cəzalandırdı

FİFA Türkiyənin “Trabzonspor” klubunu cəzalandırıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, dünyanın ali futbol qurumu Qaradəniz təmsilçisi ilə Slovakiyanın “Trençin” klubu arasındakı mübahisədə ikinciləri haqlı sayıb. Belə ki, “Trençin” 2016-cı ildə, Matus Beronun transferi zamanı “Trabzonspor”un kluba ödəmədiyi 250 min avroya görə FİFA-ya müraciət etmişdi.

Dünyanın ali futbol qurumu isə Türkiyə təmsilçisinə transfer qadağası cəzası verib. Cəzaya əsasən, “bordo-mavilər” bu yay heç bir futbolçu transfer edə bilməyəcək.

Sizin Reklam Yeriniz