news Image
2018.03.14
12:14
| A A A
Valbuena keçmiş klubunu məhkəməyə verdi

"Fenerbahçe"nın futbolçusu Matyö Valbuena keçmiş klubu Fransa "Marseille"ini məhkəməyə verib.

Movqe.az-ın Goal.az-a istinadən verdiyi məlumata görə, 33 yaşlı yarımmüdafiəçi üst-üstə 618 min avro tələb edir. Bu məbləğdən 568 min avrosunu fransalı oyunçunun keçmiş agenti Kristof Yuttoya ödədiyi, 50 min avrosu isə ona dəyən mənəvi ziyandır.

Valbuenanın iştirakı ilə qalmaqal 2014-cü ilin yayında "Marseille"dən Rusiyanın "Dinamo" (Moskva) klubuna keçdiyi vaxt baş verib. Oyunçu agentinə pulu, transferini yay pəncərəsinin sonunadək yekunlaşdıracağı təqdirdə ödəməli imiş. Lakin transfer baş tutsa da, o, həmin vəsaiti ödəməyib. Nəticədə agentinə olan borc üzündən Valbuenanın "Porsche Cayenne" markalı avtomobili məhkəmə tərəfindən müsadirə olunub. Sonradan Valbuena borcunu bağlasa da, pullarını geri istəyib. Təcrübəli oyunçunun sözlərinə görə, "Marseille"in prezidenti Vensan Labrün transferin gerçəkləşdiyi vaxt klubun agentə lazımi miqdarda vəsaiti futbolçunun mükafatları hesabına ödəcəyinə dair şifahi öhdəlik götürüb. 

İşlə bağlı qərar iyunun 13-də çıxarılacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs