news Image
2018.03.14
20:21
| A A A
AFFA Region Liqasının oyunundakı qalmaqalla bağlı qərarlarını açıqladı

AFFA İntizam Komitəsi Region Liqasının “Gənclik” – “Füzuli” matçında baş vermiş qalmaqalla bağlı qərarlarını açıqlayıb.

Movqe.az-ın goal.az-a istinadən məlumatına görə, meydan sahibi olan klub və futbolçuları ciddi cəzalara məruz qalıb.  

Bildirilir ki, 90+1-ci dəqiqədə “Gənclik” klubunun azarkeşləri meydançaya daxil olduqları üçün oyun yarımçıq dayandırılıb. Görüşün tam başa çatmaması səbəbindən “Gənclik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Komandanın futbolçusu Amid Zeynalov aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb. Digər futbolçular Elman İsgəndərovla Fərid Ağabəyli hakimi təhqir etdiklərinə görə meydandan kənarlaşdırıldıqları üçün hərəyə 4 oyun cəzalanıb.

Bundan başqa “Gənclik” klubuna xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.