Əlaqə Arxiv
news Image
2018.03.14
17:55
| A A A
Britaniya hökumətinin məmurları dünya çempionatına getməyəcək

Böyük Britaniya hökumətinin məmurları və kraliçanın ailə üzvləri Rusiyada keçiriləcək dünya çempionatını izləməyə getməyəcək. Movqe.az goal.az-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Tereza Mey təsdiqləyib. Rusiya və Britaniya arasında siyasi gərginlik Baş Kəşfiyyat İdarəsinin polkovniki Serqey Skripalın zəhərlənməsindən sonra başlanmışdı. Rəsmi Londonun xeyrinə casusluqda ittiham olunan Skripal 2006-cı ildə Rusiyada 13 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan Amerikada saxlanılan casuslarla dəyişdirilmişdi. 

 

Sizin Reklam Yeriniz