Əlaqə Arxiv
news Image
2018.03.16
16:28
| A A A
Çempionlar Liqasında 1/4 finalın püşkü atılıb

İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Mərasimdə püşkü Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko çəkib. Movqe.az-ın goal.az-a istinadən xəbər verir ki, cütlərin tərkibi kor püşk nəticəsində müəyyənləşib. Belə ki, püşkatma zamanı komandaların səpələnmiş və ya səpələnməmiş səbətinə bölünməsi və ya eyni ölkə komandalarının bir-biri ilə düşməməsi qaydası olmayıb.

Çempionlar Liqası, 1/4 final cütləri

"Barcelona" (İspaniya) - "Roma" (İtaliya)

"Sevilla" (İspaniya) - "Bayern Munchen" (Almaniya)

"Juventus" (İtaliya) - "Real Madrid" (İspaniya)

"Liverpool" (İngiltərə) - "Manchester City" (İngiltərə)

İlk oyunlar 3-4 aprel, cavab qarşılaşmaları isə 10-11 apreldə olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək.

Sizin Reklam Yeriniz