Əlaqə Arxiv
news Image
2018.04.23
12:36
| A A A
Seriya yubileylə qırıldı

Sumqayıt-ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Topaz Premyer Liqasında ardıcıl 11 matçda uduzmayan Samir Abasovun yetirmələri XXIV turun Qarabağ-la ev görüşündə 0:1 hesabı ilə yenilib. “Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə XII turda məğlub olmuşdu. 2017-ci il noyabrın 17-də Ağdam klubuna səfərdə 0:2 hesabı ilə uduzan sumqayıtlılar 156 gündən sonra meydanı xalsız tərk edib.

Bu, həm də Sumqayıt-ın Premyer Liqada 40-cı ev məğlubiyyətidir. Öz meydanında 109 qarşılaşma keçirən komanda bu matçadək 39 dəfə uduzmuşdu.

Sizin Reklam Yeriniz