Əlaqə Arxiv
news Image
2018.04.25
11:41
| A A A
Bu gün Bayern Munich və Real Madrid komandaları qarşılaşır

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin daha bir ilk oyunu keçiriləcək.

Movqe.az-ın goal.az-a istinadən məlumatına görə, turnirin son qalibi İspaniyanın Real Madrid komandası Almaniyada Bayern Munich-in qonağı olacaq. 

Bu kollektivlər avrokuboklarda rekord sayda – 25-ci dəfə üz-üzə gələcəklər. Madridlilər ötən mövsüm 1/4 finalda məhz münhenliləri mübarizədən kənarlaşdırıblar. Bayern Munich Yupp Haynkesin rəhbərliyi altında 3 dəfə ÇL-də çıxış edib və hamısında da finala yüksəlib. Real Madrid isə Zinəddin Zidanın baş məşqçiliyində ardıcıl 3-cü dəfə yarışın qalibi olmağı hədəfləyib.

2013-cü ildə Bayern Munich ilə ÇL-i qazanan Haynkes, 1998-ci ildə Real Madrid-in baş məşqçisi qismində də anoloji uğura imza atıb.

Bavariya'dan Arturo Vidal ilə Kinqlsi Koman zədə üzündə meydana çıxa bilməyəcəklər. Manuel Noyer, David Alaba və Korenten Tolissonun durumu isə sual altındadır. Real Madrid'də yalnız Naçonun oynayıb-oynamayacağı dəqiq bilinmir.

 

Sizin Reklam Yeriniz