Əlaqə Arxiv
news Image
2018.05.07
17:25
| A A A
Azərbaycan - Qırğızıstan oyununun biletlərinin satış tarixi açıqlandı

Azərbaycan və Qırğızıstanın futbol üzrə yığma komandaları arasında keçiriləcək yoldaşlıq matçının biletləri mayın 8-də satışa çıxarılacaq.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, mayın 29-da Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq görüşün biletlərinin qiyməti I kateqoriya üçün 1 manatdır. VİP yerlərə nəzərdə tutulan biletlər isə 10 manata əldə etmək mümkündür.

Biletləri ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt, Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, 1, 2 və 3 nömrəli köşklərdən əldə etmək olar.

Sizin Reklam Yeriniz