Əlaqə Arxiv
news Image
2018.05.11
14:10
| A A A
Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan Vin Çun turniri keçirilib

Mayın 9-u Bakı Biznes Universitetinin idman zalında ümumilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilən Vin-Çun üzrə açıq Respublika birinciliyi keçirilib. Azərbaycan Vin-Çun Federasiyasının təşkil etdiyi yarışda 2 kateqoriya - Taolu və sanda üzrə 135 idmançı mübarizə aparıb. Azərbaycan Vin-Çun Federasiyasının prezidenti, "Əməkdar məşqçi" Asif Sayadov bildirib ki, turnir seleksiya xarakteri daşıyır.

"Bu turnirdə fərqlənən idmançılar növbəti ay təşkil olunacaq Azərbaycan çempionatında iştirak etmək şansı qazanacaq. 21 çəki dərəcəsində mübarizə aparan ən yaxşı idmançılar ölkəmizi İspaniyada baş tutacaq dünya çempionatında da təmsil edəcəklər. Həmin turnir oktyabra təsadüf edəcək" - Asif Sayadov qeyd edib.

Sonda qaliblərə diplom və medallar təqdim edilib.

Sizin Reklam Yeriniz