Əlaqə Arxiv
news Image
2018.05.18
16:35
| A A A
Co Hart: "Yalan deməyəcəm, çox məyus oldum"

İngiltərə millisinin dünya çempionatı üçün iştirak ərizəsində yer almayan futbolçulardan biri də Co Hartdır. Movqe.az goal.az-a istinadən xəbər verir ki, West Ham United-in qapıçısı İnstagrma səhifəsində bu barədə yazıb.

"Yalan deməyəcəm, çox məyus oldum. İki il ərzində qarşılaşdığım çətinliklərdən sonra bu qərarı qəbul etmək ağırdır. Milli komandanın təsnifat mərhələsində qapısını qoruduğum hər dəqiqəyə görə fəxr edirəm. Komandaya nə xeyir verdiyimi bilirəm. Amma olan olub. Milliyə uğurlar arzulayıram. futbolçular bilir ki, onlarla olmasam da, İngiltərə millisinin formasını bu dəfə azarkeş kimi geyinib onları sona qədər dəstəkləyəcəm. Qorxmayın, gedin və döyüşün".

Sizin Reklam Yeriniz