Əlaqə Arxiv
news Image
2018.06.20
17:37
| A A A
İngilis futbolçular uşaqlığını yada salıb

İngiltərə milli komandasının futbol üzrə dünya çempionatında Panama yığmasına qarşı keçirəcəyi G qrupunun II tur matçına hazırlıq prosesindən görüntülər yayılıb. Movqe.az goal.az-a istinadən xəbər verir ki, fotolarda Qaret Sautgeytin baş məşqçi olduğu yığmanın hovuzdakı çalışmaları əksini tapıb. Məşq zamanı Ceymi Vardi, Harri Maquayr və Cessi Linqard üfürülmüş təkbuynuza miniblər.  İngiltərə millisi ilk turda Tunisə 2:1 hesabı ilə qalib gəlib. Panama isə Belçikaya böyük hesabla uduzub - 0:3. İngiltərə - Panama matçı iyunun 24-də Nijni Novqorod şəhərində keçiriləcək. 

Sizin Reklam Yeriniz