Əlaqə Arxiv
news Image
2013.04.11
14:41
| A A A
Azərbaycan yığması FİFA-nın reytinqində 4 pillə geriləyib

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Mövqe.az-ın məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə 4 pillə geriləyib.

 

Hesabında 276 xal olan komandamız 120-ci yerə düşüb.

 

UEFA sıralamasında 44-cü olan millimiz son reytinq hesablanan müddətdə 2 oyun keçirib. Bunlar 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburqla səfərdə qolsuz heç-heçə və Bakıda Portuqaliyaya uduzulan (0:2) oyundur.

 

2014-cü il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimizdən Portuqaliya (1163 xal) 2 pillə irəliləyərək, 5-ci yerə qalxıb. Rusiya (1052) 1 pillə geriləyərək 11-ci yerə düşüb.

 

Ən böyük yüksəlişə İsrail yığması nail olub – 16 pillə. 536 xalı olan rəqib 58-ci yerə qalxıb. Şimali İrlandiya (285) isə 22 pillə geriləməyi nəticəsində 119-a enərək, millimizin qonşuluğundadır. Yeri gəlmişkən, bizdən sonra ekzotik ölkə - 271 xalı olan Vinsent və Qrenada gəlir.

 

Millimizin növbəti rəqibi olan Lüksemburq yığması (182) 4 pillə irəliləyərək, 147-ci yerə yüksəlib.

 

Reytinqində ilk 3 pillə dəyişməz qalıb. Belə ki, İspaniya 1538 xala 1-ci, Almaniya 1428 xalla 2-ci, Argentina 1292 xalla 3-dür.  

Sizin Reklam Yeriniz