Əlaqə Arxiv
news Image
2018.07.03
15:12
| A A A
Almaniya Futbol İttifaqı Lövün taleyinə aydınlıq gətirdi

Almaniya millisinin baş məşqçisi Yoahim Lövün gələcək taleyinə aydınlıq gəlib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis postunda qalacaq. Bundestimin Rusiyada keçirilən dünya çempionatında uğursuz çıxışı Almaniya Futbol İttifaqının Löv barədə fikrini dəyişdirməyib. Daha öncə federasiya prezidenti Raynhard Qrindel bu barədə açıqlama vermişdi. Löv may ayında yığma ilə müqavilə müddətini 2022-ci ilə qədər uzatmışdı.

Almaniya DÇ-2018-də qrupunu sonuncu sırada tamamlayaraq, pley-offa vəsiqə qazana bilməmişdi.

Sizin Reklam Yeriniz