Braziliyalı futbolçu üçün mundial erkən bitdi
Braziliya millisinin futbolçusu Danilo üçün DÇ-2018 erkən başa çatıb.
Movqe.az-ın goal.az-a istinadən Braziliya Futbol Federasiyasının rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, buna səbəb 26 yaşlı müdafiəçinin məşq zamanı topuğundan zədələnməsidir. 1/4 finalda Belçika ilə görüşü buraxacaq Danilo komandası finala qədər qalacağı təqdirdə belə, oyunlarda iştirak etməyəcək. Danilo millidən yarışın sonuna kimi komanda ilə qalmağı xahiş edib.
Qeyd edək ki, Danilo DÇ-2018-də cəmi bir oyuna çıxıb. O, İsveçrə ilə görüşdə (1:1) 90 dəqiqə meydanda olub.