Əlaqə Arxiv
news Image
2018.07.09
10:12
| A A A
İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşdi
İspaniya yığmasının sükanı arxasına Barcelona-nın sabiq baş məşqçisi Luis Enrike keçəcək.
Movqe.az-ın goal.az-a istinadən verdiyi məlumata görə, İspaniya Kral Futbol Federasiyası 48 yaşlı mütəxəssislə razılıq əldə edib. Enrikeyə 2 illik müqavilə təklif olunub.
Qurum Espanyol-un baş məşqçisi Kike Sançes Flores və hazırda Belçika millisinə rəhbərlik edən Roberto Martineslə də danışıqlar aparıb.
Qeyd edək ki, Rusiyadakı dünya çempionatının startına bir gün qalmış İspaniya millisinin baş məşqçi postunda dəyişiklik baş verib. Fernando Yerro Real Madrid-ə baş məşqçi təyin olunan Xulen Lopetegini əvəzləyib. Yerronun rəhbərliyi altında yığma 1/8 finaladək irəliləyib. Bu komandanın qarşısını Rusiya (1:1, penaltilərlə 4:3) kəsib. 
Sizin Reklam Yeriniz