Əlaqə Arxiv
news Image
2018.07.09
11:11
| A A A
Karyerasını erkən bitirən futbolçu qəza keçirdi - FOTO

İran millisinin və Rubin klubunun futbolçusu Sərdar Azmun vətənində avtomobil qəzasına düşüb.

Movqe.az-ın oal.az-a istinadən məlumatına görə, hadisə yerli vaxtla səhər saat 5:30 radələrində baş verib. 23 yaşlı hücumçu yük maşını və 10 avtomobilin yer aldığı qəzanın iştirakçılarından olub. 

Qəza vaxtı Azmun avtomobildə yeznəsi ilə birgə olub. Hələlik onun sükan arxasında olub-olmadığı bilinmir. Futbolçunun çənəsindən kiçik xəsarət aldığı deyilir. Lakin o, əzilmiş "Porsche"dən çıxa bilib. Xəstəxanaya yollanmaqdan imtina edən forvarda yerindəcə yardım göstərilib.

İran yığması Rusiyada keçirilən dünya çempionatında qrup mərhələsini adlaya bilməyib. Bundan sonra Sərdar Azmun milli komanda karyerasını başa vurub. Səbəb anasının xəstəliyi olub.

Sizin Reklam Yeriniz