Əlaqə Arxiv
news Image
2018.07.16
12:53
| A A A
Deşam Fransa millisindəki taleyi ilə bağlı açıqlama verib
Futbol üzrə 2018-ci il dünya çempionatının qalibi olan Fransa yığmasının baş məşqçisi Didye Deşam postunda qalacaq. Movqe.az goal.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis postundan öz istəyi ilə getməyəcək. O bildirib ki, 1998-ci ildə dünya çempionu olduqdan sonra Fransa millisini tərk edən Eme Jake kimi davranmayacaq: “Mən qalıram. Çünki müqaviləmə uyğun öhdəliyim var. Bir neçə həftəlik yoxa çıxacağam. Lakin sonra yenə görüşəcəyik”.
Fransa millisi Rusiyadakı mundialın finalında Xorvatiya yığmasını 4:2 hesabı ilə məğlub edib. Deşam 2012-ci ildən ölkəsinin əsas komandasına rəhbərlik edir. Onun Fransa Futbol Federasiyası ilə 2020-ci ilə qədər müqaviləsi var.
Sizin Reklam Yeriniz