Əlaqə Arxiv
news Image
2018.08.31
12:10
| A A A
Azərbaycan UEFA reytinqində xallarını artırdı

Avropa kuboklarında "play-off" mərhələsinin yekununa əsasən, UEFA-nın yeni reytinqi açıqlanıb.

Movqe.az goal.az-a istinadən məlumatına görə, Azərbaycan aktivindəki xallarını 18,500-ə yüksəldib.

Bu, "Qarabağ"ın Avropa Liqasının "play-off" mərhələsinin cavab oyununda Moldova "Sheriff"i üzərində 3:0 hesablı qələbəsi sayəsində mümkün olub.

Aktivinə 0,250 xal əlavə edən Azərbaycan yenə 26-cı pillədə yer alsa da, irəliləmək imkanına malikdir. 18,625 xalla 25-ci pillədə olan İsrail və 19,250 xalla 22-ci yerdə gedən Polşanın avrokuboklarda təmsilçisi qalmayıb. Bu isə o deməkdir ki, "Qarabağ" Avroliqanın qrup mərhələsində xallar qazana bilsə, bu iki ölkəni də geridə qoymaq mümkün olacaq.

Sizin Reklam Yeriniz