news Image
2013.04.17
11:56
| A A A
AİPS-in 76-cı konqresi bir sıra ölkələrin təqdimatları ilə davam edib

Rusiyanın Soçi şəhərində öz işinə başlamış Dünya İdman Jurnalistləri İttifaqı – AİPS-in 76-cı konqresi aprelin 16-da bir sıra ölkələrin təqdimatları ilə davam edib.


Mövqe.az-ın Gənclər və İdman nazirliyindən aldığı məlumata görə, günün ilk yarısında qitə təşkilatlarının iclaslarından sonra konqres öz işinə başlayıb. AİPS prezidenti Canni Merlo konqres iştirakçılarını salamladıqdan sonra, dünya idman jurnalistlərinin Boston marafonunda baş vermiş terror aktını pisləyən bəyanatı oxunub. Qeyd edək ki, hadisə zamanı biri 8 yaşında olmaqla üç günahsız insan həlak olub və yüzlərlə insan yaralanıb.


Konqresdə İstanbul-2020 və Tokio-2020 namizəd şəhərlərin təqdimatları keçirilib. Daha sonra sabahkı gizli səsvermənin texniki qaydaları barədə konqres iştiarkılarına məlumat verilib.


Bundan sonra 2013-də Moskvada avqustun 10-dan 18-dək keçiriləcək atletika üzrə 14-cü dünya çempionatına hazırlıqla bağlı, 2014-cü ildə Nanjinqdə keçiriləcək yeniyetmələrin növbəti olimpiya oyunları, Belarusda keçiriləcək hokkey üzrə dünya çempionatına hazırlıqla bağlı tədimatlarla davam edib.