Əlaqə Arxiv
news Image
2018.09.11
16:37
| A A A
Qarabağ-ın rəqibi transfer qadağasından qurtuldu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın “Vorskla” klubu transfer qadağası ilə üzləşməkdən xilas olub. Movqe.az goal.az-a istinadən xəbər verir ki, Poltava təmsilçisi təyin olunan vaxta qədər futbolçulara olan borclarını ödədiyi üçün cəzadan qurtulub.

Ukrayna klubu sabiq futbolçuları Oleq Barannik və Yevgeni Budnikə olan borclarını bağladıqdan sonra lazımlı sənədləri FFU-ya göndərib. Klub təyin olunan vaxta qədər borcunu ödəməsəydi, transfer qadağası ilə üzləşəcəkdi. Barannik “Vorskla”da 2010 - 2017, Budnik isə 2012 - 2016-cı illərdə çıxış edib.

Qeyd edək ki, "Qarabağ və "Vorskla" arasındakı ilk görüş oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Səfərdəki matç isə noyabrın 8-də Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda təşkil olunacaq.

Sizin Reklam Yeriniz