Əlaqə Arxiv
news Image
2018.09.11
17:15
| A A A
Kamran Ağayev: "Şansımızın bitdiyini deməzdim"

UEFA Millətlər Liqasında 2-ci oyununa çıxan Azərbaycan millisi səfərdə Malta ilə heç-heçə edib - 1:1. Movqe.az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra komandamızın qapıçısı Kamran Ağayev oyunla bağlı fikirlərini bölüşüb.

"Bu oyundan qələbə gözləyirdik. Əlimizdən gələni etdik, lakin qalib gələ bilmədik. Hələlik matçın analizi olmayıb. Oyuna baxılacaq, baş məşqçi fikir və iradlarını bildirəcək. Hələ heç nə itirilməyib. Çox işləyib növbəti görüşlərdə qələbə qazanacağımıza ümid edirəm. Şansımızın bitdiyini deməzdim. Sadəcə, daha xal itirmək olmaz. Nəsə əldə etmək istəyiriksə, qalib gəlməliyik”.

Ağayev maltalı futbolçuların ikinci hissədə vaxt uzatmağa çalışmalarına da münasibət bildirib: “Bütün idman növlərində bu cürdür. Zəif komanda belə edir. Problem özümüzdə oldu. Yəqin ki, göstərişləri lazımi şəkildə yerinə yetirmədik deyə nəticə belə oldu”.

Qeyd edək ki, D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi 2 xalla 3-cü pillədə qərarlaşıb. Kosovo 4 xalla 1-ci, Farer adaları 3 xalla 2-ci sıradadır. Sonuncu yerdəki Maltanın 1 xalı var.

Sizin Reklam Yeriniz