Əlaqə Arxiv
news Image
2018.09.18
10:23
| A A A
Masallıda cüdo üzrə rayon birinciliyi

16-17 sentyabr 2018-cı il tarixlərdə Masallı Cüdo Təlim Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  “Azərbaycan Xalq Cumhuriyyəti ili” nə  həsr olunmuş Cüdo  idman növü  üzrə  yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilmişdir. Yarışın əsas məqsədi Rayonda cüdo idman növünə olan marağı daha da artırmaq idmançılarda hərbi vətənpərvərlik ruhunu  yüksəltmək və vətənə məhəbbət hissinin gücləndirilməsi olmuşdur. 10 çəki dərəcəsində 80 nəfər yeniyetmə və gənc  idmançıların iştrakı ilə keçirilən Yarış olduqca gərgin  mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi  tərəfindən diplomlarla  mükafatlandırılmışlar

 Əlihüseyn Şükürov                                                                                            

Sizin Reklam Yeriniz