Əlaqə Arxiv
news Image
2018.09.20
11:30
| A A A
"Qarabağ" - "Arsenal" matçının biletləri satışa çıxarıldı

"Qarabağ" - "Arsenal" matçının biletləri satışa çıxarılıb.

Trend-in məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ” oktyabrın 4-ü İngiltərənin “Arsenal” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri bu gündən satışa çıxarılıb. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-dir.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.

Sizin Reklam Yeriniz